+ Bilgi Diyari » SERBEST KÜRSÜ » Siyaset Köşesi
|- Bir Yazar Bir Görüs

Kullanıcı adınızı, şifrenizi ve aktif kalma süresini giriniz

Gönderen Konu: Bir Yazar Bir Görüs  (Okunma sayısı 216 defa)

Çevrimdışı ilker cetin

  • Administrator
  • Newbie
  • *****
  • İleti: 0
  • Cinsiyet: Bay
Bir Yazar Bir Görüs
« Yanıtla #1 : Ocak 03, 2010, 11:24:28 ÖS »
Isvecte yasayan  Azar^baycan li ELUCA ATALI., sizlerle bas basa birakalim.

Eluca Atalı
 
   Siyasət məhəbbət tanımır, mənfəət tanıyır
 
( "Paritet" qəzetinin əməkdaşı Günay Əsədovanın Azərbaycan və Türkiyə arasında bu günkü münasibətlərlə bağlı Eluca Atalıdan hazırladığı müsahibə )
 
 
1.Sual: Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına ümumi münasibətiniz.
Cavab: Urəyinizdə Ata Günəşi olsun!
-- Dünyanın qatı qaranlığa büründüyü və bu qaranlıq içindən nə axtardığını anlamaq mümkün olmadığı bir zamanda sizlərlə söhbətə mən də ehtiyac duyuram. İnsan ən dar məqamında özününkünə üz tutur və onunla dərdləşməyə özündə ehtiyac duyur. Bu baxımdan sizlərlə həmsöhbət olmağa hazıram.
Əvvəlcədən deyim ki, ola bilsin ki, "Paritet" qəzeti mənim söhbətimi çap etməsin, mövqeyimiz üst - üstə düşmədiyi üçün. Bu məndən ötəri fəlakət deyil. Mənim üçün fəalkət odur ki, insanın düşÃ¼ndüyü ilə dediyi, dilinə gətirdiyi ayırı - ayırı olsun. Daha doğrusu, o ikiləşsin. Bəri başdan deyim ki, bu günkü üz - üzə qaldığımız çıxılmaz vəziyyət ikiləşməyimizlə bağlıdır. İndi keçək sizin suala.
 Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına birmənalı şəkildə pis baxıram. Bu türkçülük mahiyyətinə zidd olan bir addımdır. İkinci bir tərəfdən, Türk Dünyasının bu günə düşməsinin bir səbəbi də türkün türkü tanımaması, bir - biirndən ayrı düşməsidir. Dünyada Türk dövlətləri yarandı, amma TÜRK BİRLİYİ yaranmadı. Türk türkü tanımadı, bu səbəbdən də bir - birinə qənim kəsildi, hətta!
Asif Ata deyir: "Azərbaycan -- Türk Dünyasının beyni və ürəyi, Türkiyə -- Türk Dünyasının qolu və kürəyi!" Beyin və qol əməli birləşməlidir, gerçəkləşməlidir. Amma bu günkü dünyada, bu günün gedişatında biz bunun tam əksini görürük. Təəssüf ki, bu belədir.
 Keçək məsələnin digər bir tərəfinə. Yuxarıda dediyim türkçülüyün mahiyyəti ilə bağlı idi. Olmalı ola biləcəkdən dedim. Yəni gerçəkləşmək imkanını daxilində gəzdirən, amma mahiyyətinə çatmayan Türk Dünyasının üst -üstə düşməyən ikili halından dedim. Elə bu gün fəlakət səviyyəsində qarşıladığımız hadisə də məhz ondan yaranıb.
Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, siyasi aləmdə baş verənlər xalqın istəyi ilə üst - üstə düşmür. Xalq bəyan edir ki, dar gündə bir - birimizə dayaq durmalıyıq. Amma siyasətin çaldığı hava başqadır, ona xalq qol qaldırıb oynaya bilmir.
Siyasət məhəbbət tanımır, mərifət tanımır, siyasət mənafe tanıyır, mənfəət tanıyır. Siyasət aləmində imkan olan kimi kim zirək tərpənirsə rəqibini aldadıb, fürsətdən istifadə edib, öz mənafeyi üçün qazanır.
Yenə deyirəm, birmənalı şəkildə ermənilərə Türkiyənin kömək etməsi mənim də şərəfimə toxunur. Təkcə Qarabağ məsələsinə görə yox, həm də erməninin "türk" ifadəsinə qarşı olan daxili nifrətinə görə. Söhbət çox uzanmasın deyə, bu məsələləri xırdalığına qədər açmaq istəmirəm. Bir də əminəm ki, mən bilidiyim qədər də siz bu incəlikləri bilirsiniz. Təkcə bir faktı deməliyəm ki, erməni öz körpəsini yatıranda, o gözünü yumub, yuxuya getsin deyə:"Türk gəldi,dinmə, yat!" -- deyir. Görün, bunlarda türkə qarşı nə qədər dərin nifrət var. Nifrət olan yerdə, necə "dostluq" yarana bilər. Axı dostluq o zaman olur ki, qarşındakını özün biləsən, ona "ikinci mən" deyə biləsən. Bu məsələnin bir tərəfi. Digər tərəfdən bizim qardaş Türkiyə də öz hərəkətinə haqq qazandıra bilər, siyasət meydanının tələb etdiyi formada. "Niyə mən öz mənfətimdən keçməliyəm?"
 Burda şəxsən mənim fikirim baş verən hadisə ilə bağlı, necə deyərlər, "Mərd özündən görər, namərd özgədən". Bu noqteyi - nəzərdən yanaşanda, gəlin görək, biz təkcə siyasətdəmi uduzmuşuq? Və ya bu hadisələrin baş verməsində nə qədər günahkarıq və ya bu növ hadisələri qarşılamağa hazırıqmı? Evvəla, onu deyim ki, çaşqınlığımızın birinci səbəbi Türkiyədən bunu gözləməməyimizdir! İkinci bir tərəfdən, kənardan baxanda adama elə gəlir ki, bizim evimizin işin kimsə nizamlamalıdır. Evimiz deyəndə, Vətənimizi nəzərdə tuturam. Vətən elə bizim evimizdir! Məyər adamın evində hansısa bir problem baş verəndə oturub gözləyir ki, qonşum, qardaşım gəlsin həll etsin? Yoxsa, özü çarəsin düşÃ¼nür, həll edə bilməyəndə kənardakıların köməyə çağırır?
Siyasi aləmdə mövqeyimizin nə dərəcədə olduğunu Türkiyə gerçəkləşdirdi. Baxaq digər sahələrimizə -- tibbimiz, ekologiyamız, təhsilimiz, ağır, yüngül sənayemiz, kənd təsərrüfatımız, mədəniyyətimiz, mənəviyyatımız... hansı yaxşı səviyyədədir? Avropa ilə ayaqlaşmaqdan danışırıq. Avropaya çatma, məgər hər şeyini itirmək deməkdir? Mənim zənnimcə, siyasi aləmdəki bu iflas, bizim bütün sahələrimiz üçün SOS siqnalı olmalıdır. Əgər ehtiyac duyarsınızsa, sual verərsiniz, açılmayan tərəfləri açaram. Mənim söhbətimdə sizə qaranlıq qalan nəsə varsa. 
 
2.Sual: Sizin hazırda yaşadığınız ölkədə olan həmyerlilərimiz tərəfindən bu məsələ necə qarşılandı?
Cavab: Bu haqda çox söhbətimiz olub. Təbiidir, narahat edici məsələdir. Misal üçün, 17 oktyabrda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə  Stokholmda tədbir keçirildi. Bu haqda mətbuatda da məlumat verildi, tədbirin gedişatı internet sitələrdə də yerləşdirilib. Mənim mövqeyimlə və etdiyim söhbətlə demək olar ki, eyni səviyyədə. Həm narahatçılıq, həm də yaxşı mənada içindən çalxalanma! Nə vaxta qədər özümüzü aldadacağıq? -- sualı ilə çıxış edənlər oldu. Kimi aldadırıq? Hamı artıq bilib ki, heç də göründüyümüz kimi deyilik. Qarabağı almaq üçün birinci xalqa demokratiya dərsi vermək lazımdır. O, maddi və mənəvi baxımdan əzilməməlidr. Bu günkü Müstəqilliyimiz kağız üzərində qalmamalıdır.Əsas məsələni də demək lazımdır, yadınzıdadır, 1994 - cü ildə neft müqaviləsi bağlananda, deyirdilər ki, Əsrin Müqaviləsidir. Bununla gör biz nə edəcəyik? Çox ümüdli idik ki, neftimizi dünyaya paylayacağıq, dünya da bizə Qarabaq məsələsində kömək edəcək. Əvəzində nə oldu? Xammalımız göyə sovrulur, camaatda bir qarın çörəkdən ötəri xarici məmləkətlərə üz tutur. İsveçdə olan həmyerlilərimiz güneyli soydaşlarımızı çıxmaq şərti ilə, yerdə qalanlar son illər Azərbaycanda baş verən qeyri - demokrat seçkilərdən sonra Avropaya siyasi mühacir kimi gələnlərdir. Bu yerdə bir məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm, sözsüz ki, "xaricdə bizi necə tanıyırlar?"-- sualı ilə tez - tez mənə müraciət edənlərə cavabdır bu. Amma yeri gəldi deyə, bu yerdə onu deyəcəm. Bu gün oxuduğum məktəbdə cəmiyyət dərsi keçirdim. Müəllimim  Per adında bir isveçlidir. Dərsimiz "demokratiya və diktatura" bölməsi idi. Başa salırdı ki, demokratik cəmiyyətdə mətbuat hakimiyyətə təsir edir, amma diktatura cəmiyyətində əksinə. Sonra susub, auditoriyaya göz gəzdirdi. İki Azərbaycanlı qadın dərsdə yanaşı otururuq, bizə baxıb, əlavə etdi: "Azərbaycanda olduğu kimi, hakimiyyətə təsir etmək istəyən jurnalistləri tuturlar." Ona nə deyə bilərəm, demokratik cəmiyyətədə yaşayan bir insandır, daim də mətbuat oxuyur, hər şeyi bilir. Məsələ ondadır ki, biz bildiklərimizə göz yumuruq.
 
 
3.Sual:Türkiyədə Ermənistan prezidentinin təmtəraqla qarşılanmasına münasibətiniz?
Cavab: Burda mənim üçün təəccüblü heç nə yoxdur. Çünki siyasətin əxlaqsızlıq, ikiüzlülük olduğunu tam dərk etmişəm. Siyasətdə qardaş yoxdur, öz mənfəti  anlayışı var. Belə olan halda hər şey normaldır. Əsas odur ki, adam özün aldatmaya. Kiminsə onun arxasında durduğunu özünə təlqin edib, özünü çox öyməyə. Bu arxayınçılıq adamı uçuruma salar.
Bu yerdə mən də sizə sual edirəm, 2 il bundan öncə bir qrup ziyalımızın -- Azərbaycanın Rusiyadakı səfiri müğənni Polad Bülbüloğlunun, bəstəkar Fərhad Bədəlbəylinin, professor Kamal Abdullanın Qarabağa səfər edib ermənilərlə görüşməsinə necə baxdınız? Onda içiniz əsmədi ki, biz diz çökürük? Ziyalılarımız bizim milli hissiyyatımıza toxunurlar? Biz özünə tənqidi itirməyək, onda çox uzağa gedə bilmərik. Özümüzü təhlil etsək, onda görərik ki, bu gün Ermənistan prezidentinin Türkiyədə qarşılanmasından daha dəhşətli özümüzü aşağılamanı özümüz etmişik. Axı, o ziyalılar bizimkilərdi, erməninin ayağına gedib "Nə qədr ki, bizim nəsil sağdı, Qarabağ məsələsin həll etməliyik!" -- demişdi erməniyə. Mən bundan artıq demək istəmirəm.
 
4.Sual: Bursada Türkiyə -- Ermənistan futbol yarışmasında Azərbaycan bayrağına qarşı göstərilmiş hörmətsizlik sizə necə təsir etdi?
Cavab: Sözsüz ki, pis! O, bayrağı birinci dəfə meydanda görəndə öpüb, bağrıma basmışam. 88 - dən üzü bu yana gücüm çatdıqca, dərk etdikcə milli dəyərlərimizi qorumağa çalışmışam. Onlar bizim varlığımızdır. Birinci dəfə İsveçə gələndə özümlə bayrağımızı gətirmişdim, indi də evimizin ən yüksək yerində o durur. Burdakı məktəbdə oxuyan Azərbaycanlı balasına da birini vermişəm, sinif otağından onu asıb. Biz müstəqil dövlət olduq, düzdü bu gün asılı iqtisadiyyatımız olsa da. Amma dünyada müstəqilliyi üçün bu gün can verən millətlər var. Güney Azərbaycandakı soydaşlarımız -- zindanlarda min cür işgəncəyə məruz qalırlar, müstəqil olmağa xatir, 3 gün bundan əvvəl dünya televiziyaları göstərdi müstəqilliyi üçün ayağa qalxmış uyqur türkləri nə qədər qurban verdi, 12 nəfər gəncə Çin dövləti ölüm hökmü kəsib. Azadlığı üçün bu gün qurban verən millətlər çoxdur, amma biz bunu əldə etdik. Bu günsə biz bunu qorumalıyıq. Amma əzizim unutma ki, Azərbaycan bayrağına qarşı hörmətsizlik bu günün söhbəti deyil. Azərbaycan prezidenti İrana gedəndə bayrağımız baş - ayaq asılmışdı, buna kim cavab verdi? İki dövlət arasında siyasi, diplomatik görüş olan bir zamanda belə səhv bağışlanmaz. 2007 - ci ildə Bakıda Bakının Türk qoşunu tərəfindən azad olunmasının 89 - cu ildönümü Filormoniyanın binasında qeyd olunanda bayraq səhnədə baş - ayaq asılmışdı. Yerdən hay - küy qalxsada, amma yerdəkilərin səsi səhnəni bəzəyənlərin qulağına çatmadı!!! Bu baş - ayaq əməllərə göz yummağımız başqalarına sübut etdi ki, biz özümüzə hörmət qoymuruq. Türkiyə istiqlal mücadiləsi edən zaman Türkiyədəki otellərdən birində yunan hərbiçiləri türk bayrağını otelin qapısının ağızına sərib üstündən keçirmişlər. Türkiyə qələbə çalandan sonar, Yunanıstanın bayrağın yerə sərirlər, Atatürk üstündən keçmir. Əyilib qaldırır və “Bu bir millətin bayrağıdır, onu tapdamaq olmaz!” – deyir. Bayraq, gerb, himn bir dövlətin, millətin atributudur, onu nə tapdamaq olar, nə də ayaqlara salmaq. Nə də baş - ayaq asmaq!
Elə bu səbəbdən də bu günkü hadisələri SOS siqnalı hesab edirəm və deyirəm: ÖZÜMÜZƏ QAYIDAQ! Onda Türkiyə ilə qardaş olduğumuzu Türkiyə də unutmaz və dünya bizdən xəcalət çəkər, neftimizi yeyib, bizi aldatdığı üçün.