+ Bilgi Diyari » SERBEST KÜRSÜ » Siyaset Köşesi
|- İranda yeni siyasi durum və Güney Azərbaycan (AKTARMA)

Kullanıcı adınızı, şifrenizi ve aktif kalma süresini giriniz

Gönderen Konu: İranda yeni siyasi durum və Güney Azərbaycan (AKTARMA)  (Okunma sayısı 253 defa)

Çevrimdışı ugurch

  • Newbie
  • *
  • İleti: 0
İranda yeni siyasi durum və Güney Azərbaycan (AKTARMA)
« Yanıtla #1 : Ocak 05, 2010, 05:09:02 ÖS »
İranda yeni siyasi durum və Güney Azərbaycan 
Bütün bu gərçəklərə dayanıb,habelə bizim tamamilə ictimai,iqtisadi və siyasi sahələrdə bir müstəmləkə olduğumuzuda nəzərə aldıqda,siyasətdə hər bir siyasi təşkilat yaxod özünü siyasətçi bilən hər kəs,bir hərəkətə yaxod başqa bir siyasi təşkilat,parti və ya hakimiyyətə dəstək verməsi,bəli bir şərtlər əsasında və bəli bir çərçivədə,onların ortaya qoyduğu siyasi platform və ya onların iqtisadi-siyasi programlarilə bağlı olmalıdır.Bunların heç birisi ortada olmadan kor-korasına eyni 1356-57-ci(1978-79) illərdə,şah rejiminə qarşı gedən mübarizədə olduğu kimi,indidə milli hərəkatımız başda olmaqla,Türk millətimizi yaşıl hərəkata dəstəkləməyə çağıranlar,onun istiqlaliyyətini əlindən alıb, onu yaşıl hərəkat içində əridərək,milli hərəkatımızı fars faşizminin ayağı altında qurbanlıq etmək istəyirlər.
Azərbaycan milli hərəkatı təkliyinə ən güçlü opozisiyon olaraq,hər nə olursa olsun öz istiqlaliyyətini sağdan və soldan qoruyub saxlamalıdı,çünki bizim istəklərimiz və milli mübarizəmizin amacı Tehranda gedən hakimiyyət davasından tamamilə fərqlidir.Birdə Azərbaycan milli hərəkatı başqa irançi quruplara qatılmadan hər zaman yalnız öz adı və öz müstəqil səfilə milli şÃ¼arlarının altında hərəkət etməlidir.
Azərbaycanlı milli fəal və təşkilatlar bu haqda olduqca ehtiyatli və məsuliyyətlə məsələyə yanaşmalıdırlar.
Islahatçı yaşıl hərəkat bugün iran adlanan ölkədə,cinayətkar Seyyid-Əli Xameneyi başda olmaqla,faşist iran islam hakimiyyəti və başqa fars şovinistləri kimi bir dil,bir millət və bir bayraq şÃ¼ari altında,gecə gündüz bilmədən bütün güc və varlıqlar ilə bəşəriyyətə zidd olan bu amaca ulaşmaq üçün  mübarizə aparıb,bütün maddi-mənəvi imkanlarınıda bu yolda səfərbər edərək,onun həyata keçirilməsinə çalışır.Bugün iran adlanan ölkə Amerika başda olmaqla qərb ölkələrinin siyasi və iqtisadi basqı və təzyiqlərinə məruz qalaraq,dünyadan təcrid və izolə olunmuşdur.Onun bu ölkələr tərəfindən iqtisadi blokadaya məruz qalması,bir tərəfdən ölkə içində geniş xalq kütlələrinin narazılığı və nəticədə onların rejimə qarşı basqılarının artmasına və digər tərəfdən onların bu narazılığı və rejimə qarşı müxalifəti,kütlə içində ona qarşı nifrəti çoxalıb və olmayan etibar,prestij və mənəvi nüfuzunun dahada azalmasına nədən olur.Bununlada faşist iran islam hakimiyyətinin gərçək üzü aydıncasına dünya ictimaiyyətinə göstərilərək,onun necə bir faşist ,cinayətkar və qəddar hakimiyyət olmasının gərçəkləri ortaya qoyulur.Yaşıl ya islahatçı hərəkat bu gərçəkləri nəzərə alıb,habelə iran adlanan ölkə və bu sistemin bütövlüyünün  dağılmasından olduqca qorxuya düşərək,faşist iran islam hakimiyyətinin yəni bütün bu sistemin indiki bu çıxılmaz durumdan qurtulmasını,onun Amerika başda olmaqla qərb ölkələrilə siyasi və iqtisadi əlaqələrin normallaşıb,get-gedə genişlənməsində görərək,bu ölkələrin indiki irana qarşı uyquladıqları siyasi basqı və təzyiqlərin habelə iqtisadi blokadanın qaldırılmasında və beləliklədə indiki izolə olmasından qurtulmasında görürlər.
Bu ölkələrin,çox millətli ölkələrdə azlıqlar və milli məsələlər ilə əlaqədə,onların mövqeyinə gəldikdə,təəssüflə onlar özəlliklə iran adlanan ölkənin çox millətli bir ölkə olduğunu görməməzlikdən gəlib və orda yaşayan qeyri fars millətlərin  öz talelərilə bağlı ciddi məsələləri,bir dəfədə belə ,onların mediyalarına gətirilmir və onlar  bu ölkədə gərçəkləri tamamilə bildiyi halda onu danıb və gələcək konfliktlərə bilərəkdən zəmin yaradırlar.Onlar həmçinin bu ölkədə qeyri fars millətlərin öz milli haqlarını mədəni şəkildə belə istədiklərinə laqeyd olub və onu o zaman dilə gətirib,mediyaya çığardırlar ki,orda yaşayan millətlər bir-birlərini silah gücülə qırıb yaxod qanlı döyüşlər yarandıqdan sonra bu demokrasi iddasinda olan ölkələr,ozaman  bu millətlərin istək və problemlərini diqqət mərkəzində saxlayirlar.
Bəzən millətlərin tarixində onlara böyük şanslar verilərək, tarixi fürstətlər yaranır. Bugün bizə verilən bu şans və yaranan bu tarixi fürsəti düzgün dəyərləndirərək,ondan yararlanmağı bacarmalı və 30 miliyonluq Türk millətimizin haqlı istəklərini və haqlı qurtuluş mücadiləsini dünya ictimaiyyətinə çatdırmalı habelə onu beynəlxalq səviyyədə qaldırmalıyıq,çünki əgər onu bacarmasaq, yaxod onu qarçırdığımız tədbirdə bizə çox baha başa gəlib və bəlkə belə bir fürsət bizim millətimizə birdaha nəsib olmaya bilər.Bu şans və tarixi fürsətdə yenə həmən bugün faşist iran islam hakimiyyətilə qərb ölkələri arasında olan terrorist,atom məsələsi və başqa anlaşılmaz məsələlər haqında yaranan gərginlik və siyasi böhrandır.
Qərb ölkələrinin iran adlanan ölkədə millətlər məsələsilə əlaqədə özəlliklə Güney Azərbaycanla bağlı ona laqeyd olmaları və onların haqları və bütün varlıqlarının vəhşicəsinə tapdalanmaları və hətta məhv olmalarına şahid olduğu halda ona susan və hətta bu məsələ ilə bağlı bəzən iran yaxod fars faşizminin dəstəkləmələrinə rəğmən,hər halda indiki vəziyyətdə sadəcə öz çıxarlarına görə bizim təpədən dırnağa qədər haqlı mücadidəmizi dəstəkləməsələrdə, ona qarşıda deyillər.Yazdıqlarıma tarixi fakt olaraq, 2006-ci ildə Güney Azərbaycanda faşist iran islam hakimiyyətinə qarşı millətimizin haqlı səsi və rejimə qarşı  mübarizəsini nə fəqət dəstəkləmədilər,bəlkə əskinə bacrdıqları qədər onlar bu haqda susub, mediyaları bu rejimin cinayətlərini dünya icimaiyyətinə yayılmasının qarşısını aldılar.
Onlar bugün iranda rejimin dəyişməsinə çalışaraq,bu öləkədə tezlik və tələsiklə qondarma  özləri istəyən və onların çıxar və mənfəətlərinə oyğun olan bir rejimin hakimiyyətə gəldiyi və ya gətirdiyi təqdirdə,bu ölkələr onu hər tərəfli dəstəkliyərək,onlara hər cürə maddi-mənəvi yardımdan əsirgəmiyəcək və o zaman Azərbaycan Türk milləti başda olmaqla başqa əsir millətlər olan Türkmən,Ərəb,Bəluç,Kürd,lor və başqaları öz müqəddəratını həl etmək və öz təbi haqlarını əldə etməkdən dolayı,indiki mübarizələrinə davam etdiyi tədbirdə,qərb ölkələri gələcək rejimin yanında dayanaraq,bizim tamamilə haqlı mücadilə və istəklərimizə qarşı çıxıb və iran rejiminində əli açiq olaraq, bizim və başqalarının tamamilə əzilməsində heç bir mane qalmıyacaq.
Azərbaycan milli hərəkatı başda olmaqla Türk milləti,Amerika və bütün qərb ölkələrinin bizim milli qurtuluş mücadiləmizə qarşı tutduğu mənfi və belə ədalətsiz mövqeyinə baxmayaraq,təkcə böyük millətimizin sonsuz güc və iradəsinə söykənərək,iran adlanan ölkədə heç bir siyasi qüvvəyə quyruq olmadan,öz müstəqil milli qurtuluş hərəkatını rejimə qarşı davam etdirir.Millətimiz müxtəlif vasitə və çeşidli taktiklərlə öz haqlı səs və etirazlarını faşist rejimə qarşı və bütövlükdə fars faşizminə qarşı göstərərək,öz sonsuz nifrətini onlara açıqcasına elən edir.Azərbaycanın tarixi günləri,müxtəlif tədbirlərin keçirilməsi və özəlliklə son zamanlarda futbal yarışlarının,daha doğrusu Traxor kamandasının oyunları,Türk millətimizin mübarizə meydanına çevirilərək,onlara qarşı etiraz aksiyonlarının əsas hissəsini təşkil edir.
Bugün Azərbaycan Türk millətinin mübarizə tarixində yeni bir qızıl səhifə açılmışdır,bu yeni səhifə millətimizin illər boyu faşist iran hakimiyyəti başda olmaqla,fars faşizminin millətimizə qarşı  yürtdüğü bütün cinayət ,vəhşilik və qətlamalrına qarşı şərəflə,qeyrətlə apardığı milli qurtuluş mücadiləsi yəni azadlıq və istiqlaliyyət mücadiləsidir.
Bu mücadilə geçən əsrin əvvəllərindən etibarən başlanan məşrutə ,xiyabani,21 Azər,29 bəhmən və xalq müsəlman hərəkatının davamı olduğu halda ,onlarla fərqlənir,çünki,keçmişdəki bu hərəkətlər,21 Azər hərəkatı istisna olmaqla,istər istəməz iran bayraqı altında,iran demokrasisi adı altında yaxod irana demokrasi və Azərbaycana bəzi haqları tələb edərək,iran çərçivəsində olmuşdur.Bu mövqedən çıxış etmək,yəni iran çərçivəsində qalmaq sonralar başımıza gələn bütün faciələr,cinayətlər,müsbətlərin və nəhayət belə bir iyrənc və utandırıcı duruma gəlməyimizin yəni kölə və müstəmləkə həyatı sürməyimizin əsas səbəbi olmuşdur,hal bu ki,indi gedən mübarizə təkcə Azərbaycan adına,Azərbaycan Türk millətinin çıxarları və onun azadlıq və qurtuluşu oğrundadır.Azərbaycan milli hərəkatı,bütün Türk millətimizin haqlı davası olduğundan dolayı,get-gedə kütləviləşərək,bütün sinif və təbəqələrin rəğbətini qazanıb və onları oz içinə almağı bacarmışdır.Onun dalğaları bugün rejimin belə iç qatlarına,hətta onların lap gövəndiyi güclərin içində yayılaraq,faşist iran rejimi başda olmaqla,fars faşizminin canına böyük bir qorxu salmış və demək olar ki,onları ölüm qorxusılə qarşı-qarşıya gətırmışdır.Fars faşizminin başda qan içən iran islam hakimiyyəti olmaqla,Azərbaycan və Azərbaycan Türk millətinə nifrəti sonsuz və əbədidir.O bizi bir millət kimi həmişəlik tarixdən silib,yox etməyi,öz qarşısına qoyduğu böyük vəzifələrindən biri bilib və bu bəşəriyyətə zidd olan heyavani amacaına ulaşmaq üçün bütün güc və öz maddi-mənəvi imkanlarını səfərbər etmişdir.
Buna qarşılıq olaraq,Azərbaycan Türk milləti fars faşizminin  bizə qarşı törətdiyi cinayətlər və onun qəddarlıqlarına qarşı ölüm qalım mücadiləsi verməkdədir.
Azərbaycan milli hərəkatı ,hər kəsdən məsuliyyət,sədaqət,qeyrət və ən önəmli və həyatı məsələlərimizdən biri olan birlik tələb edir,milli hərəkatımızda birlik olmadan biz heç bir şey əldə edə bilmiyəcəyik.Bu hərəkat,milli bir hərəkət olduğundan,vətənimizin fars yaxod iran müstəmləkəçiliyindən qurtulmasında öz övladlarının hər tək-təkinədə ehtıyacı var.Faşist iran islam hakimiyyəti başda olmaqla düşmənimiz olan fars faşizminin bütün səy və məqsədi Azərbaycan milli hərəkatını parçalayıb və onu tamamilə aradan aparmaqdır.
Bugün hər kəs bilməlidir ki,iran adlanan ölkə dağılmağa məhkumdur və onun dağılması tarixin cəbri olaraq,  dağılmasının  qarşısınıda heç güc ala bilməz,necə ki,Yoqoslaviya və Savet imperiyasi dağıldı və onlarında dağılmasının qarşısını heç güc ala bilmədi.Savaet imeriyasinin super güc olmasına baxmayaraq, apardığı vəhşicəsinə müstəmləkəçilik siyasəti və onun şarlatanlıqları,habelə atom bombası,neçə miliyonluq qaəddar qızıl ordusu və cinayətkar KGB sidə onun dağılmasının qarşısını ala bilmədi.
Bugün iran adlanan ölkə habelə Güney Azərbaycan olduqca ağır,həssas və gərgin günləri keçirdirlər və gələcək günlər,aylar çox həssas olduğuna görə,tarixi anları bizə yaşada bilər.Biz vətənimiz olan Güney Azərbaycan və həmçinin iranda gedən hadisələri diqqətlə izliyərək,onlara olduqca ayıq-sayq  yanaşmalıyıq.Təkcə Azərbaycanəməzı və onun çıxar və mənfəətlərini düşÃ¼nməliyik, onunla bağlı bütün məsələlərə və baş verən hadisələrə həssas olmalıyıq.
Bunuda vurğlamalıyam ki,bizim düşmənimiz ancaq və ancaq faşist iran islam hakimiyyəti başda olmaqla fars faşizmidir və Azərbaycanın bundan başqa heç bir düşməni yoxdu və bütün millətlərlə özəlliklədə bütün qonşularılə dostluq və barış içində yaşamaq arzusu və niyyətindədir.Azərbaycan Türk milləti böyük və zəngin tarixilə olduqca mədəni və humanist millət olaraq həmişə və hər zaman yenilik və modern düşÃ¼ncələrə üstünlük verib və onun həyata keçirilməsi üçün minlərlə ən şərəfli övladlarını bu yolda qurban vermışdır.
Ancaq biz böyük və dünyanın ən qədim millətlərindən biri olaraq,başqa millət və onların mədəniyyətlərinə həmişə sayqılə yanaşıb və əlindən gələn yardımları onlaran əsirgəməmişdir,ancaq Amerika başda olmaqla bütün qərb ölkələrinin bizim mücadiləmizə mənəvi dəstək vermələrini təbi olaraq onlardan gözləyib və ümid edirik ki,onlar həmişə fars şovinizmlərinin arxasında yox,bəlkə haq və ədalətdən yana olsunlar.
Yazımı aşağıdakı 2000-ci ilin Avgust ayında yazdığım (Güney Azərbaycanda milli şÃ¼ur və milli məfkürənin gəlişməsi )başlıqlı məqaləmin iki bəndilə sona çatdırıram!
Bugün Güney Azərbaycanda böyük bir çoşqunluq var,Azərbaycan Türk milləti,daha keçmişdə olduğu kimi qul və kölə kimi fars yaxod iranın boyunduruğu altında kimliksiz yaşamaq istəmir.İndi özünə qayıtmaq,yəni öz mənliyi, kimliyi və öz varlığılə yaşamaq, getdikcə Türk millətimizdə güclənməkdədir.Bu müqəddəs prosesin sürətlənməsinə başılıca səbəb,millətimiz öz keçmişini,öz şanlı tarixini düzgün tanıyaraq ona söykənməsidir.Öz keçmişini,şanlı Türk tarixini öyrəndikdə,kim olduğunu və necə iftixarli keçmişi olduğunu bildikdə,onda milli ruh,milli düşÃ¼ncə və milli şÃ¼ur yaranır və get-gedə dahada artıq güclənir.Milli şÃ¼ur,milli düşÃ¼ncə yarandıqda,ciddi mübarizə əzmi və məyli ortaya gəlir.Güney Azərbaycanın son 90 illik tarixində indiki yaranan bu milli şÃ¼ur yalnız 1945-46-ci illərlə müqayisə olunar bilər..........
Beləliklə bütün bu gərçəkləri nəzərə alaraq,bugün bizim bir damlada olsun,iran adlanan ölkə üçün axıdılacaq qanımız yoxdur və onu axıdmağada haqaımız yoxdur.Axıdılacaq qanımız əgər varsa,oda yalnz və yalnız ulu Türk millətimizin fars faşizminin boyunduruğundan qurtulub,Azadlığına qovuşması və vətənimiz olan Azərbaycanın həqiqi qurtuluşu yəni istiqlaliyyəti üçün,habelə Azərbaycanda demokrasi,ictimai ədalət , ploralizm və parlamentarizmə dayalı hüquq dövlətinin yarnması və nəhayət parçalanmış vətənimizin birləşib və vahid müstəqil Azərbaycan dövlətinin yarnması üçün axıdılmalıdır.
100 ilə yaxın 10 minlərlə şərəfli insanlarımızın iran üçün nahəq və əbəs yerə axıddıqları qanlar artıq yetər.
Əhməd Urmuoğlu Dekabr 2009
 
PS: Bu yazi  http://www.azadtribun.net/  alintidir.